“Yuventus” və “Milan” A seriyasına qələbə ilə başladı

“Yuventus” və “Milan” A seriyasına qələbə ilə başladı

Futbol üzrə İtaliya A Seriyasında 27-ci tura start verilib. İlk oyun günündə üç qarşılaşma keçirilib.
Turun açılış matçında “Fiorentina” “Breşiya”nı qəbul edib. Bu oyunda qalib müəyyənləşməyib. “Milan” isə səfərdə “Leççe”nin qonağı olub və darmadağına sevinib.
İtaliya kubokunun finalında “Napoli”yə məğlub olan “Yuventus”, bu turda “Bolonya”nı sınağa çəkib. Turin təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb.

İtaliya A Seriyası 27-ci tur 22 iyun
Fiorentina – Breşiya 1:1 Qol: Pezzella, 29 – Donnarumma, 17-pen.
Leççe – Milan 1:4 Qol: Mankosu, 54-pen – Kastilyexo, 26. Bonaventura, 55. Rebiç, 57. Leao, 72.
Bolonya – Yuventus 0:2 Qol: Ronaldo, 23-pen. Dibala, 36.