Super Liqada lider dəyişdi

Super Liqada lider dəyişdi

Türkiyə Super Liqasında 28-ci turun son iki oyunu keçirilib. "Trabzonspor" səfərdə "Alaniyaspor"un qonağı olub. Qarşılıqlı mübarizə şəraitində keçən oyunun birinci hissəsində tərəflər hərəyə bir dəfə fərqləniblər. Fasilədən sonra "qara dəniz" təmsilçisi hesabda önə keçsə də 90-cı dəqiqədə meydan sahibləri məğlubiyyətdən qaça biliblər. Günün ikinci oyununda "Antalyaspor" doğma meydanda "Rizespor"u qəbul edib. Meydan sahibləri rəqib qapısına üç dəfə yol tapıb. "Rizespor"un oyunçuları son dəqiqələrdə təsəlli qolu vurublar.
Qeyd edək ki, "Trabzonspor" bu oyundan sonra ilk pillədəki yerini itirib. Turnir cədvəlinə 59 xala malik olan "Başakşeher" başçılıq edir. Son turda qələbə qazana bilməyən "Trabzonspor"un aktivində 57 xal var. 53 xalı olan "Sivasspor" ilk üçlüyü tamamlayır.
"Alaniyaspor" - "Trabzonspor" 2:2 Qollar: Cisse, 45, Bakasetas, 90; Omur, 7, Novak, 51.
"Antalyaspor" - "Rizespor" 3:1 Qollar:Gümüs, 3, Joviç, 74, Gülüm, 76; Skoda, 90.