"Şəhərlilər"dən növbəti qələbə 

"Şəhərlilər"dən növbəti qələbə 

"Mançester Siti" Premyer Liqada növbəti oyununu keçirib. "Şəhərlilər" doğma meydanda "Börünli"ni qəbul edib. Mahrez və Fodenin dubl etdiyi oyunda bir dəfə də Silva fərqlənib. Beləliklə, meydan sahibləri rəqibini beş cavabsız qolla məğlub edib.
Qeyd edək ki, "Liverpul" 83 xalla liderdir. Aktivində 63 xal olan "Mançester Siti" ikinci pillədə qərarlaşıb. "Lester Siti" 54 xalla ilk üçlüyü tamamlayır.
"Mançester Siti" - " Börünli" 5:0 Qollar: Foden, 22, 63,  Mahrez, 43, 45, Silva, 51,