Keçmiş futbolçu koronavirusdan öldü 

Keçmiş futbolçu koronavirusdan öldü 

İraq yığmasının əfsanəvi futbolçusu Əhməd Radi ölüb. Ötən həftə Bağdadda hospitala yerləşdirilən Əhməd Radinin koronavirusdan dünyasını dəyişdiyi deyilir. İyunun 18-də vəziyyəti yaxşılaşan sabiq futbolçu evə buraxılsa da bir neçə saatdan sonra onun səhhəti yenidən pisləşib və xəstəxanaya yerləşdirilib. Ə.Radi iyunun 21-də vəfat edib. 
 
O, İraq yığmasının DÇ-də vurduğu yeganə qolun müəllifi idi. Futbolçu həmin qolu DÇ-1986-da Belçika ilə qarşılaşmada (1:2) vurmuşdu. O, İraq yığmasının heyətində 121 oyun keçirib, 62 qol vurub. 1988-ci ildə Asiyanın ən yaxşı futbolçusu seçilib.