Hazırlıq 85 faizə bərabərdir

Hazırlıq 85 faizə bərabərdir

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının infrastruktur tikintisi 85 faiz başa çatıb. Bu barədə yarışın keçirilməsi üzrə Ali Komitənin Baş katibi Həsən əl-Tavadi bildirib.

“Koronavirus pandemiyasına baxmayaraq, biz hələ də dünya çempionatının keçirilməsi üçün lazım olan bütün infrastrukturun hazırlıq prosesinə davam edirik. Biz demək olar ki,​ layihəmiz üzrə tikintinin 85 faizini başa çatdırmışıq və uğurla irəliləyirik. Təbii ki, son aylar ərzində dünyada baş verən dəyişikliklərə uyğunlaşmalı olduq. Dohada tikinti meydançaları və baş ofis də daxil olmaqla, bütün obyektlərimizdə sosial məsafə üzrə ciddi tədbirlər görülür. Obyektlərimizin qiymətləndirilməsi və virusa yoluxma riski daha yüksək olan bütün şəxslərin əmək haqlarını ödəmək şərti müvəqqəti işdən kənarlaşdırmışıq. İşçilərin böyük hissəsi mart ayının ortalarından etibarən evdə işləyir. İşçilərimizin sağlamlığı və təhlükəsizliyi bizim əsas məqsədimizdir”, - deyə H.əl-Tavabi detib.

Qeyd edək ki, dünya Kuboku-2022 noyabrın 21-dən dekabrın 18-dək Qətərin 7 şəhərinin 20 stadionunda keçiriləcək.