“Əlvida “rassoneri”​

“Əlvida “rassoneri”​

İtaliya yığmasının və “Milan” futbol klubunun keçmiş hücumçusu Pyerino Prati 73 yaşında dünyasını dəyişib. Bu barədə komandanın​ Twitter​ ​ hesabında məlumat verilib.

“Əlvida “rassoneri” əfsanəsi. Siz bizim üçün həqiqətən də parlayan bir işıq oldunuz. Sizin üçün çox darıxacağıq. Allah rəhmət eləsin”, - deyə komanda rəsmiləri qeyd ediblər. Bildirilir ki, P.Prati uzun müddət davam edən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, keçmiş futbolçu 1967-1973-cü illərdə “Milan” klubunun şərəfini qoruyub. O, komanda tərkibində İtaliya çempionu, ikiqat İtaliya kuboku sahibi və Çempionlar Liqasının qalibi olub. İtaliya millisinin tərkibində isə futbolçu 1968-ci ildə keçirilən Avropa çempionatının qalibi və 1970-ci ildə keçirilən dünya çempionatının gümüş mükafatçısı olub.