"Barselona" yenidən liderliyə yüksəldi

"Barselona" yenidən liderliyə yüksəldi

İspaniya La Liqasının 31-ci turunda "Barselona" Kamp Nouda "Atletik Bilbao"nu qəbul edib. "Kataloniyalılar" üç xalı bir qolla qazanıblar. 71-ci dəqiqədə İvan Rakitiç qonaq komandanı məyus edib.
Qeyd edək ki, Xal hesabını 68-ə çatdıran "Barselona" yenidən bir günlük də olsa, ilk pilləyə yüksəlib. Liderdən bir oyun az keçirən "Real Madrid" 65 xalla ikincidir. Aktivində 55 xal olan digər Madrid təmsilçisi "Atletiko Madrid" ilk üçlüyü tamamlayır.
"Barselona" - "Atletiko Bilbao" 1:0
Qollar: İvan Rakitiç, 71.