UEFA Komitəsinin növbəti iclası keçirilib

UEFA Komitəsinin növbəti iclası keçirilib

UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin (Fair Play and Social Responsibility Committee) növbəti iclası keçirilib.
Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar iclas videokonfrans formatında təşkil olunub.
İclasda cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, müvafiq komitənin sədri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovdur.