PSJ-də koronavirus şoku

PSJ-də koronavirus şoku

 

 “Pari Sen-Jermen” (PSJ) futbol klubu özünün rəsmi saytında məşqlərin bərpası ərəfəsində komandada koronavirusa dörd yoluxma halının aşkarlanması haqqında bildirib.
Komandanın üç futbolçusunun və məşqçi qərargahının bir nümayəndəsinin COVID-19 testləri müsbət olub.
"Onlar təcridetmədə olarkən və bir-biri ilə ünsiyyətdə olmayanda yoluxma simptomları göründü. Hazırda onlar yoluxucu deyillər və məşqləri davam etdirə bilər”, - Paris klubunun bəyanatında deyilir.
Xatırladaq ki, koronavirus infeksiyası pandemiyasına görə Fransa çempionatında 2019/2020-ci il mövsümü vaxtından əvvəl başa çatıb, PSJ ölkə çempionu elan edilib. Fransanın Birinci Liqasında yeni mövsümünün başlanması avqustun 22-ə planlaşdırılıb.