"Real Madrid" yenidən liderdir

"Real Madrid" yenidən liderdir

İspaniya La Liqasının 31-ci turunda Madrid «Real»ı "Alfredo Di Stefano"da "Mallorka"nı qəbul edib. Oyun "Kral klubu"nun üstünlüyü ilə keçib. 19-cu dəqiqədə Vinisus Junior qonaq komandanı məyus edib. İlk hissədə başqa qol olmayıb. Fasilədən sonra 56-cı dəqiqədə Ramos ikinci dəfə rəqib qapısına yol tapıb. Qarşılaşmada başqa qol olmayıb.

Qeyd edək ki, "Real "ın bu qələbəsindən sonra turnir cədvəlində yenidən şərikli liderlik yaranıb. "Barselona" və "Real" 68 xalla aralarında​ ilk iki pilləni bölüşürlər. Aktivində 55 xal olan "Atletiko Madrid" ilk üçlüyü tamamlayır.

"Real Madrid" - "Mallorka" 2:0
Qollar: Vinisus, 19, Ramos, 56

​ ​ ​ ​ ​