İlk mərhələdə uğursuzluq

İlk mərhələdə uğursuzluq

Qadınlar arasında Qran-Pri turnirinin birinci mərhələsi start götürüb.

Şahmatçımız Günay Məmmədzadə Rusiya təmsilçisi Aleksandra Kostenyukla mübarizədə məğlub olub. Təmsilçimiz Qran-Pri turnirinin daha iki mərhələsində iştirak edəcək.

Qeyd edək ki, Qran-Pri 4 mərhələ üzrə keçiriləcək və 21 şahmatçının hər biri 3 mərhələdə iştirak edəcək. Mərhələ yarışlarında ən çox xal toplayan şahmatçılar superfinala vəsiqə qazanacaqlar.​ Superfinal iyulun 20-də - Ümumdünya Şahmat Günündə baş tutacaq.