Qalmaqala səbəb olan portret

Qalmaqala səbəb olan portret

 

Futbol İngiltərə Çempionşipində çıxış edən "Lids" klubu qalmaqalla üzləşib. "Ağlar"a məxsus "Elland Roud" stadionunda terrorçu "Əl-Kaida" təşkilatının lideri Usama Ben Ladenin portreti peyda olub. Klub dərhal Ben Ladenin fotosunu tribunadan götürüb.

Qeyd edək ki, Çempionşipin oyunları koronavirus pandemiyası üzündən azarkeşsiz keçirilir. Klublar fanatlara özləri və ya yaxınlarının fotolarını yerləşdirməyi təklif ediblər.​ ​