Zidandan Ramosla bağlı açıqlama

Zidandan Ramosla bağlı açıqlama

“Real Madrid” klubunun baş məşqçisi Zinədin Zidan, komandanın hüdafiəçisi Serxio Ramosla bağlı fikirlərini bölüşüb.

“Serxio Ramos komandanın kapitanı və lideridir. O, artıq uzun müddətdir ki, “Real Madrid”in şərəfini qoruyur. Hesab edirəm ki, məhz buna görə o, karyerasını bu klubda bitirməlidir”, - deyə təcrübəli mütəxəssis deyib.
Qeyd edək ki, S.Ramos 2005-ci ildən “Kral klubu”nun formasını geyinir. O, komanda tərkibində 664 oyun keçirərək, 94 qol vurub və 38 məhsuldar ötürmə edib. 34 yaşlı futbolçunun “Real Madrid” klubu ilə olan müqaviləsi 2021-ci ilin iyun ayına kimi qüvvədədir.