"Liverpul" 30 ildən sonra​​ çempion oldu

"Liverpul" 30 ildən sonra​​ çempion oldu

"Liverpul" futbol klubu İngiltərə Futbol Çempionatının qalibi olub.

İkinci yerdə olan "Mançester Siti" 31-ci turun oyununda "Çelsi" yə 1:2 hesabı ilə məğlub olub və Yurqen Kloppun komandasına çatmaq şansını itirib.
Beləliklə, "Liverpul" turnirin bitməsindən 7 tur əvvəl İngiltərə Premyer Liqasının çempionu oldu.
Hazırda "Liverpol"un 86 xal, "Mançester Sitinin" 63 xalı var. "Liverpul" komandası 19 qat milli çempion oldu. Axırıncı dəfə o 1989/90 il mövsümündə birinci pilləyə yüksəlmişdi.