Cənubi Koreyada keçiriləcək stolüstü tennis üzrə komanda dünya çempionatı koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınıb.
Bu barədə Beynəlxalq Stolüstü Tennis Federasiyasının mətbuat xidməti məlumat yayıb. Yarışın əvvəl martın 22-dən 29-dək keçirilməsi planlaşdırılsa da, sonra sentyabrın 27-dən oktyabrın 4-dək təxirə salınıb. Dünya çempionatının 2021-ci ilin ilk aylarında təşkili planlaşdırılır. Dəqiq tarix isə iyulun 10-da açıqlanacaq.