Dünya çempionu koronavirusa yoluxdu

Dünya çempionu koronavirusa yoluxdu

Argentina milli komandasının sabiq baş məşqçisi​​ Karlos Bilardoda koronavirus aşkarlanıb.

82 yaşlı mütəxəssis müalicə kursu keçdiyi qocalar evində yoluxub. Lakin xəstəlik özünü simptomsuz göstərir.
Qeyd edək ki, Karlos Bilardo Argentina yığmasına 1983 - 1990-cı illərdə rəhbərlik edib. O, komandaya DÇ-1986-da qızıl, DÇ-1990-da gümüş medal qazandırıb. Bilardo yerli "Boka Huniors", "Estudiantes", İspaniya "Sevilya"sı kimi klublarda və Liviya millisində də çalışıb.​