Koronavirus final matçının məkanının dəyişməsinə səbəb oldu

Koronavirus final matçının məkanının dəyişməsinə səbəb oldu

Futbol üzrə Ukrayna Kubokunda final matçının yeri dəyişdirilib. Həlledici qarşılaşma iyulun 8-də Lvovda yox, Xarkovdakı "Metallist" stadionunda təşkil olunacaq.​​ Səbəb kimi Lvov vilayətində koronavirusla bağlı vəziyyətin qeyri-qənaətbəxş olması göstərilib.​

Daha əvvəl eyni səbəbdən, final görüşü Ternopoldan Lvova keçirilmişdi. Bu səbəbdən,​ Ternopol həlledici qarşılaşmaya gələn mövsüm ev sahibliyi edəcək.
Qeyd edək ki, final matçında "Vorskla" ilə Kiyev "Dinamo"su üz-üzə gələcək. Poltava təmsilçisinin baş məşqçisi 2018-ci ildə "Keşlə"yə Azərbaycan Kubokunu qazandırmış Yuri Maksimovdur.