Messi və Ronaldo eyni komandada oynaya bilər

Messi və Ronaldo eyni komandada oynaya bilər

"Boka Xuniors"un hücumçusu Karlos Tevez gələcəklə bağlı arzusunu açıqlayıb.​​ Argentina millisinin sabiq üzvü karyerasını bitirdiyi zaman vida matçı təşkil etmək niyyətindədir.​​ 36 yaşlı ulduz futbolçu hətta vida görüşünə dəvət edəcəyi oyunçuları da müəyyənləşdirib. O, "Barselona"nın kapitanı Lionel Messi və "Yuventus"un hücumçusu Kriştianu Ronaldoya da dəvət göndərəcəyini söyləyib: "Canluici Buffon, Uqo İbarra, Rio Ferdinand, Qabriel Hayntze, Patris Evra, Andrea Pirlo, Pol Skoulz, Pol Poqba, Kriştianu Ronaldo, Lionel Messi və Ueyn Runinin son matçımda iştirak etmələrini istəyirəm".​​ Qeyd edək ki, Karlos Tevez 2018-ci ildən "Boka Xuniors"un formasını geyinir.