Milan təmsilçiləri qələbə qazandı

Milan təmsilçiləri qələbə qazandı

İtaliya A seriyasında 28-ci turun oyunları keçirilib. "Milan" San Siroda "Roma"nı qəbul edib. İlk hissədə qol olmayıb. Fasilədən sonra "rossoneri" rəqibini iki dəfə məyus edib. Ante Rebiç 76-cı dəqiqədə paytaxt təmsilçisinin qapısına yol tapıb. 89-cu dəqiqədə qonaqların qapısına təyin edilmiş penaltini Halkan Çalhanoğlu dəqiq yerinə yetirib. Digər Milan təmsilçisi "İnter" isə səfərdə "Parma"nın qonağı olub. İlk hissədə Gervinhio qonaqları məyus edib. Fasilədən sonra "nerazzurri" geri dönüş etməyi bacarıb. 84-cü dəqiqədə Stefan de Vrij bərabərlik qolunu vurub. Bu qoldan üç dəqiqə sonra Alessandro Bastoni komandasına üç xal qazandıran qolu vurub.

Qeyd edək ki, Aktivində 69 xal olan "Yuventus"​ liderdir. "İnter" 61 xalla üçüncüdür. Xal ehtiyatını 42-ə çatdıran "Milan" yeddincidir.

"Milan" - "Roma" 2:0
Qollar: Ante Rebiç, 76, Halkan Çalhanoğlu, 89(pen)

"Parma" - "İnter" 1:2
Qollar: Gervinhio, 15; Stefan de Vrij, 84, Alessandro Bostani, 87.