Üzgüçülük üzrə Azərbaycan yığmasının üzvlərinin guya “COVID-19” virusuna yoluxmaları barədə bəzi kütləvi informasiya vasitələrində yayılan xəbərlər reallığı əks etdirmir və dezinformasiyadır.
Bu barədə Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hazırda yığmanın üzvlərinin sağlamlığında heç bir problem yoxdur. İdmançılar sərt karantin rejiminin qaydalarına uyğun olaraq hələ ki, ev şəraitində fiziki məşqlərlə kifayətlənirlər. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 5-dən sonra qəbul edəcəyi qərardan asılı olaraq məşqlərin bərpası məsələsi müzakirəyə çıxarılacaq.