Miralem Pyaniç “Barselona”da

Miralem Pyaniç “Barselona”da

İspaniyanın “Barselona” futbol klubu İtaliyanın “Yuventus” komandasının yarımmüdafiəçisi Miralem Pyaniçi transfer edib.

Kataloniya təmsilçisi bu transfer üçün 65 milyon avro ödəyəcək. Otuz yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, M.Pyaniç cari mövsümdə Turin klubunun heyətində keçirdiyi 36 matçda 3 qol vurub və 4 məhsuldar ötürmə edib.