Almaniyada klub rəhbəri istefa verdi

Almaniyada klub rəhbəri istefa verdi

Almaniyanın "Şalke" klubunun idarə heyətinin sədri Klemens Tennyes istefa verib.​​ 64 yaşlı​ funksioner öz istəyi ilə postundan ayrılıb.​ Klub yeni sədrin daha sonra açıqlanacağını bildirib.​

Qeyd edək ki,​ Klemens Tennyes 2001-ci ildən "Şalke"də klub rəhbəri olub. Almaniya mediasının yazdığına əsasən,​ komandanın azarkeşləri Bundesliqanın son turunda "Frayburq"a 0:4 hesablı məğlubiyyətdən sonra Tennyesi istefaya səsləyiblər.​​ "Şalke" yanvardan bəri çempionatda qələbə qazana bilməyib.