Böyük futbol​ Çinə​ qayıdır

Böyük futbol​ Çinə​ qayıdır

Futbol​​ üzrə Çin​​ çempionatının​​ başlama​​ tarixi​​ bəlli​​ olub.​

Bu​​ barədə​​ Çin​​ Futbol​​ Assosiasiyası​​ qərar​​ çıxarıb.​
Mövsüm iyulun 25-də başlayacaq. Daha öncə çempionatın startı fevralın 22-ə təyin edilsə də, koronavirus pandemiyası səbəbindən qeyri-müəyyən müddətədək təxirə salınmışdı.​
Bütün çempionat matçları azarkeşsiz keçiriləcək. 16 komanda iki qrupa bölünəcək, hər qrupdan ən yaxşı 4 komanda​ pley-offa çıxacaq. Sonuncu yerləri tutanlar isə liqada qalmaq üçün bir-biriləri ilə oynayacaqlar.​