Millətlər Kuboku iki il sonra keçiriləcək

Millətlər Kuboku iki il sonra keçiriləcək

2021-ci ildə Kamerunda təşkil olunacağı planlaşdırılan futbol üzrə Afrika Millətlər Kubokunun tarixi koronavirus pandemiyası səbəbi ilə 2022-ci ilə keçirilib. Turnir 2021-ci il yanvarın 9-dan fevralın 6-dək keçirilməsi gözlənilirdi. Yeni qərara uyğun olaraq isə yarışlar 2022-ci ilin yanvar ayında təşkil olunacaq. Bildirək ki, turnirin keçirilmə məkanı dəyişilməz olaraq qalır.

Qeyd edək ki, Afrika Millətlər Kubokunun dəqiq keçirilmə tarixi bir müddət sonra açıqlanacaq.