Daha bir tennis turniri​​ təxirə salındı

Daha bir tennis turniri​​ təxirə salındı

Fransanın Mets şəhərində keçirilməsi nəzərdə tutulan “Moselle Open” tennis turniri təxirə salınıb. Təqvimə görə, turnir sentyabrın 20-27-də keçirilməli idi. Lakin həmin vaxt “Rolan Qarros” turnirinin təsnifat mərhələsi təşkil olunacaq. Bu səbəbdən turnir 2021-ci ildə keçiriləcək. Turnirin hazırkı qalibi fransalı Jo-Vilfrid Tsonqadır. Qeyd edək ki, Metsdə dekabrın 4-5-də nümayiş xarakterli tennis turnirinin təşkil olunması nəzərdə tutulub.