“Barselona”lılar Setyeni istəmirlər

“Barselona”lılar Setyeni istəmirlər

İspaniya təmsilçisi "Barselona"nın baş məşqçisi Kike Setyenin klubdakı teleyi qeyri-müəyyəndir.

Kataloniya təmsilçisinin oyunçuları da 61 yaşlı mütəxəssisə dəstək olmur. Setyenin köməkçisi Eder Sarabiyanın davranışı oyunçular və məşqçilər heyəti arasında məsafə yaradıb.
"Barselona"da baş məşqçinin gələcəyi təhlükə altındadır və yaxın günlərdə onunla bağlı qərar verilə bilər. Bu, La Liqa matçlarındakı nəticələrdən asılıdır.
Qeyd edək ki, "Barselona" 33 oyundan 70 xalla ikinci pillədə qərarlaşıb. Rəqibindən 1 oyun az keçirən "Real Madrid"in 71 xalı var. Soçidə 25 saatlıq unikal futbol oyunu keçiriləcək.