Rekord: 25 saatlıq futbol oyunu

Rekord: 25 saatlıq futbol oyunu

Rusiyanın Soçi şəhərində futbol ultramarafonu keçiriləcək. Avqustun 8-də start götürəcək oyunun Rekordlar kitabına düşəcəyi güman olunur. Soçidəki idman məktəbinin futbol meydanlarına 25 saat ərzində müxtəlif yaş qrupundan 3 000-dək şəhər sakininin çıxacağı gözlənilir. Onlar ən uzun müddətli kütləvi matçda iştirak edəcəklər.

Ultramarafon zamanı "Soçi" və "Jemçujina" komandaları da üz-üzə gələcək. Qarşılaşma iştirakçıları arasında Rusiya yığmasının keçmiş kapitanı Aleksey Smertin, habelə, millinin keçmiş futbolçuları Dmitri Bulıkin və Dmitri Sennikovun da iştirakı gözlənilir.
Şəhər meri Aleksey Kopayqorodski ultramarafonun yalnız müsbət epidemioloji şərait nəzərə alınmaqla keçiriləcəyini vurğulayıb.