Bir avtoqolun qanlı tarixi

Bir avtoqolun qanlı tarixi

26 il əvvəl futbol tarixinin ən qanlı və tükürpədiçi hadisələrindən biri baş verib. Kolumbiya yığmasının müdafiəçisi Andres Eskobar amansızlıqla qətlə yetirilib.

Bildirək ki, qətlindən bir neçə həftə əvvəl futbolçu dünya çempionatının oyununda topu öz qapısından keçirmişdi.
Belə ki, 1994-cü ildə keçirilən dünya çempionatının qrup mərhələsində ABŞ millisi ilə qarşılaşmada A.Eskobar avtoqolla seçilmişdi. Bununla da, ABŞ yığması 2:1 hesabı ilə qələbə qazandı. Kolumbiya millisi isə qrupda dördüncü yerdə qərarlaşdı. Oyundan 10 gün sonra isə futbolçu Umberto Munyos adlı futbol fanatı tərəfində güllələndi. Qatil A.Eskobarın həyatına 6 güllə ilə son qoydu. Qatilin hər dəfə güllə atanda “qol” qışqırması bu qətli daha da yaddaqalan edib.
Qeyd edək ki, Andres Eskobar İsveçrənin “Yanq Boys” və “Atletiko Nasyonal” klublarının tərkibində Libertadores Kubokunun sahibi və ikiqat Kolumbiya çempionu olub.