Kataloniya klubundan gözlənilməz əvəzetmə

Kataloniya klubundan gözlənilməz əvəzetmə

“Barselona” ​ basketbol klubu rəsmi saytında Şarunas Yasikyaviçyusun baş məşqçi vəzifəsinə təyin olunduğunu bildirən bəyanat yerləşdirib. O, bu vəzifədə mütəxəssis Svetislav Peşiçi əvəz edəcək. Bildrək ki, iyunun 30-da “Barselona” klubu, İspaniya çempionatının final qarşılaşmasında​ “Baskonya”ya 67:69 hesabı ilə məğlub olub.

Qeyd edək ki, kataloniyalıların​ baş məşqçisi Svetislav Peşiçin müqaviləsi 2020-2021mövsümünün sonunu kimi qüvvədə olmalı idi. Lakin klubun rəhbərliyi 70 yaşlı serbiyalı mütəxəssis ilə əməkdaşlığı vaxtından əvvəl pozmaq qərarına gəlib. Ş.Yasikyaviçus yeni baş məşqçi vəzifəsi üçün ən münasib namizəd olub.