"İnter" azarkeşsiz stadiona qol yağışı yağdırdı

"İnter" azarkeşsiz stadiona qol yağışı yağdırdı

İtaliya A seriyasında 29-cu turun oyunları keçirilib. "İnter" doğma meydanda "Breşia"nı qəbul edib. Milan təmsilçisi rəqib qapısından nə az, nə çox 6 cavabsız top keçirib. "İnter" bu qələbə sayəsində üçüncü pillədəki yerini möhkəmlədib. Şəhərin digər təmsilçisi "Milan" səfərdə "Spal"ın qonağı olub. "Rossoneri"lər qələbə qazana bilməyiblər. Ümumilikdə 4 qolun vurulduğu oyunda qalib müəyyənləşməyib.​ Tərəflər hərəyə bir xalla kifayətləniblər.

Qeyd edək ki, Turnir cədvəlinə aktivində 72 xalı olan "Yuventus" başçılıq edir. "Latsio" 68 xalla ikincidir. Xal ehtiyatını 64-ə çatdıran "İnter" üçüncüdür. Bu tur qələbə qazana bilməyən "Milan"ın aktivində 43 xal var. 29 turda 18 xal toplayan "Breşa"isə A seriyasını tərk etmək təhlükəsi ilə üz-üzədir.

"İnter" - "Breşa" 6:0

Qollar: Young, 5, Sançes, 20, Ambrosio, 45, Qalyardini, 52, Eriksen, 83, Kandreva, 88.

"Spal" - "Milan" 2:2

Qollar: Valoti, 13, Floccari, 30; Leao, 79, Vicari, 90​ (avtoqol)