Baş məşqçidən Messi haqda etiraf

Baş məşqçidən Messi haqda etiraf

“Real Madrid” komandasının baş məşqçisi Zinədin Zidan​ “Barselona”nın hüçumçusu Lionel Messinin komandadan gedəcəyi ilə bağlı yayılan məlumata fikir bildirib. “Düzünü desəm, nə olacağını bilmirəm. Amma ümid edirik ki, L.Messi “Barselona”da qalacaq. Leonel Messi bu çempionatda çıxış edir və biz istəyirik ki, La Liqada ən yaxşılar yer alsın”,​ - deyə o bildirib.

Qeyd edək ki, bir müddət əvvəl 33 yaşlı argentinalı futbolçunun 2021-ci ildə “Barselona”dan ayrılacağı barədə məlumat yayılmışdı.
Lionel Messi carı mövsümdə La Liqanın 28 oyununda “Barselona”nın heyətində rəqib qapılarından 22 qol keçirib. Futbolçu həmçinin 18 dəfə qol ötürməsi ilə yadda qalib.