"Atletiko"dan ardıcıl qələbə seriyası

"Atletiko"dan ardıcıl qələbə seriyası

İspaniya La Liqasında 34-cü turun ilk oyunu keçirilib. "Atletiko Madrid" Vanda Metro Politanoda "Malyorka"nı qəbul edib. Meydan sahibləri rəqibini qapısından üç cavabsız top keçirib. Moratanın iki qol vurduğu oyunda bir dəfə də Koke fərqlənib.

Qeyd edək ki, bu qələbə sayəsində xallarını 62-ə çatdıran "Atletiko Madrid" ilk üçlüyü tamamlayır. "Malyorka" isə 29 xalla La Liqanı tərk etməyə namizəddir.

"Atletiko Madrid" - "Mallorka" 3:0
Qollar: Morata, 29, 45, Koke, 79.