FIDE federasiyalara vaxt verdi

FIDE federasiyalara vaxt verdi

FİDE Onlayn Olimpiadada iştirak üçün qeydiyyat müddətini açıqlayıb. İlk dəfə onlayn formatda keçiriləcək Olimpiadada iştirak etmək istəyən milli federasiyalar iyulun 13-dək qeydiyyatdan keçməlidir.

Top, 2-ci, 3-cü, 4-cü və ehtiyac yaranarsa, Baza divizionlarında keçiriləcək yarışda təmsil olunmaq üçün Azərbaycan Şahmat Federasiyası da həmin tarixədək müraciət etməlidir. İştirakçıların qitələr üzrə təmsilçiliyi iyulun 16-da, divizionlar üzrə tam siyahı isə ayın 18-də açıqlanacaq.
Qeyd edək ki, qarışıq komandaların hər birində 6 şahmatçı oynayacaq. Onlardan ən azı ikisi qadın olmalıdır. Hər yığmada 2000-ci və ya daha kiçik təvəllüdlü 1 qız və 1 oğlan yer almalıdır. Bundan başqa hər milli 6 ehtiyat şahmatçı və kapitan sifariş edəcək.