Qadınlar arasında keçiriləcək şahmat üzrə dünya kuboku yarışı 2021-ci ilə təxirə salınıb. Bu barədə FIDE-nin mətbuat xidməti məlumat yayıb.
Qərar FIDE-nin İdarə Heyəti tərəfindən verilib. Qadınların dünya kuboku turniri bu ilin avqustunda keçirilməli idi. Kişilər arasında isə analoji yarış öz vaxtında – 2021-ci ildə baş tutacaq.