Bavariya Almaniya kubokunun da sahibi oldu

Bavariya Almaniya kubokunun da sahibi oldu

Futbol üzrə Almaniya kubokunun final oyunu keçirilib.

Həlledici oyunda Bundesliqanın 2019/20 mövsümünün qalibi “Bavariya” “Bayer”lə qarşılaşıb. 6 qolun vurulduğu matç Münhen təmsilçisinin qələbəsi ilə başa çatıb. Beləcə, “Bavariya” bu mövsümü “qızıl dubl”la bitirib.
Qeyd edək ki, bu, “Bavariya”nın tarixində 20-ci belə uğurdur.​

Almaniya kuboku

Final

4 iyul

Bayer – Bavariya 2:4

Qol: Bender, 63. Haverts, 90+4-pen – Alaba, 16. Qnabri, 24. Levandovski, 59; 89.