“Barselona” “Vilyareal” səfərindən qələbə ilə qayıtdı

“Barselona” “Vilyareal” səfərindən qələbə ilə qayıtdı

"Barselona" klubu İspaniya La Liqasında növbəti qələbəsini qazanıb.​ Kataloniya təmsilçisi 34-cü turda səfərdə "Vilyarreal"ı darmadağın edib - 1:4. Hesabı 3-cü dəqiqədə meydan sahiblərindən Pau Torres açıb. Lakin o, topu öz komandasının qapısına göndərib. 14-cü dəqiqədə Jerar Moreno bərabərlik qolunu vurub.​ 20-ci dəqiqədə "Barsa"nın heyətində Luis Suares, 45-ci dəqiqədə isə Antuan Qrizmann fərqlənib. Oyunda yekun nöqtəni isə 87-ci dəqiqədə Ansu Fati qoyub.​

Bu matçda Kataloniya təmsilçisinin kapitanı Lionel Messi qol vura bilməyib. Əvəzində o, ikinci və üçüncü topların məhsuldar ötürmələrini verib. Bununla da qol ötürmələrinin sayını 19-a çatdıran 33 yaşlı hücumçu şəxsi rekordunu yeniləyib. Argentinalı forvard həm də 22 qolla La Liqanın bombardiridir.​​ Siyahıda ikinci yerdə Madrid "Real"ının hücumçusu Kerim Benzema (17 qol) qərarlaşıb.​​ Qeyd edək ki, oyun həmçinin katalonların hücumçusu Luis Suares üçün də əlamətdar olub. Belə ki,​​ uruqvaylı futbolçu 20-ci dəqiqədə fərqlənməklə​​ klub tarixinin bombardirləri siyahısında 3-cü sıraya şərik olub. Kataloniya təmsilçisinin heyətində 194-cü qolunu vuran Suares​​ bu göstəricidə Laslo Kubalaya çatıb. O, 2-ci pillədəki Sezar Rodrigesdən 38 top geri qalır. “Barselona”nın rekordçusu isə 630 dəfə fərqlənən Lionel Messidir.
Qeyd edək ki, “Vilyarreal” üzərində qələbədən sonra xal hesabını 73-ə çatdıran barselonalılar La Liqanın turnir cədvəlində ikincidir.
La Liqaya aktivində 77 xal olan "Real Madrid" başçılıq edir.