Klub rəhbəri ümidini itirmir

Klub rəhbəri ümidini itirmir

İspaniyanın​ "Barselona" klubunun prezidenti Xosep Mariya Bartomeu futbolçu​ Lionel Messinin komandadan mümkün gedişi barədə şayiələri şərh edib. "Mən təfsilata varmayacağam, amma Lionel dəfələrlə deyib ki, o, özünün futbol karyerasını "Barselona"da bitirəcək. Biz klubun inkişafına köklənmişik, çox oyunçularla danışıqlar aparılır. Messi karyerasını burada davam etdirmək istəyir və başa çatdırmağı planlaşdırır. Qarşıda onun hələ çox illəri var və biz Messinin oyunundan başqalarının güman etdiyindən daha çox zövq alacağıq", - Bartomeu deyib.

Messi "Barselona"nın yetirməsidir. Cari mövsümdə argentinalı hücumçu İspaniya çempionatının 29 matçında (27 matçda əsas heyətdə) çıxış edib. 33 yaşlı forvard bu qarşılaşmalarda 5-i penaltidən olmaqla, 22 qol vurub.
Messinin klubla müqaviləsi 2021-ci il ilə qədər qüvvədədir. Qeyd edək ki, futbolçunun klubu tərk edəcəyi barədə məlumatlar yayılıb.