İngiltərədə daha bir futbolçu həyatla vidalaşdı​​ ​

İngiltərədə daha bir futbolçu həyatla vidalaşdı​​ ​

İngiltərənin "Notingem Forest" klubunun sabiq futbolçusu bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Klubun rəsmi "Twitter" səhifəsində yer alan xəbərə görə 24 yaşlı hücumçu ABŞ-ın Cənubi Karolina ştatında yerləşən Keovi​ gölündə üzərkən batıb.

Son olaraq "Detroyt Siti"də çıxış etmiş​ ingiltərəli forvardın dostları ilə görüşmək üçün həmin bölgəyə getdiyi bildirilir.
Qeyd edək ki, son 25 ildə Keovi gölündə 32 insan boğulub. Bu səbəbdən 2018-ci ildə ona ən ölümcül göl adı verilib.