İki klub Qəbələni seçdi

İki klub Qəbələni seçdi

2020/21 mövsümündə avrokuboklarda ölkəmizi təmsil edəcək klublar təlim-məşq toplanışını Qəbələdə keçə bilərlər.​​ 4 klubdan artıq 2-si bununla bağlı müraciət edib.

Gənclər və İdman Nazirliyi sərt karantin rejiminin tətbiq edilmədiyi bölgələrdəki Olimpiya İdman Komplekslərində məşq üçün şərait yaratdığından, "Sumqayıt" və "Keşlə" Qəbələyə yollanmaq barədə düşünür.
"Sumqayıt" hətta bununla bağlı "Qəbələ" klubuna rəsmi müraciət də edib. Sadəcə, "Gənclik şəhəri" təmsilçisi bu səfərin tarixini hələ dəqiqləşdirməyib. Həmçinin "Keşlə" də "Qəbələ"nin bazasında toplanış keçməkdə maraqlıdır. "Qarabağ" və "Neftçi"dən isə "qırmızı-qaralar"a hələ müraciət edilməyib.
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasında, "Neftçi", "Keşlə" və "Sumqayıt" isə Avropa Liqasında mübarizə aparacaq.