Keçmiş futbolçu cəsusluqda ittiham olunur

Keçmiş futbolçu cəsusluqda ittiham olunur

Ukraynanın keçmiş futbolçusu Vasili Vasilenko Rusiyanın paytaxtı Moskvada vətəninin xeyrinə casusluq ittihamı ilə həbs edilib.

“Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Rusiya hüquq-mühafizə orqanlarının iştirakı ilə Ukrayna vətəndaşı Vasilenko Vasili İvanoviçin Rusiya Federasiyası Cinayət Məcəlləsinin 276-cı maddəsində (“casusluq”) nəzərdə tutulmuş cinayətin törədilməsində əli olduğunu müəyyən ediblər. Ona qarşı ittiham irəli sürülüb və o, paytaxtın istintaq təcridxanalarının birində saxlanılır”, - deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
Qeyd edək ki, Vasili Vasilenko 1967-ci ildə Ukraynada anadan olub. Müdafiəçi mövqeyində çıxış edən V.Vasilenko, 1992-ci ildən 2001-ci illərdə Novotroitskinin “Tavriya”, Melitopolun “Torpedo” və Berdyanskinin​ “Dostluq” komandalarında çıxış edib.