“Milan”dan möhtəşəm geridönüş

“Milan”dan möhtəşəm geridönüş

Futbol üzrə İtaliya A Seriyasının 31-ci turunun mərkəzi qarşılaşması keçirilib.​​ “Milan” klubu öz meydanında lider “Yuventus”u qəbul edib.​​ Görüş Milan təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.​​ Oyunda​​ bütün​​ qollar​​ birinci​​ hissədən​​ sonra​​ vurulub.​​ “Milan”nın​​ heyətində​​ Zlatan​​ İbrahimoviç,​​ Frank​​ Kessi,​​ Ante​​ Rebiç,​​ Rafael​​ Leao, “Yuventus”​​ isə​​ Kriştiano​​ Ronaldo​​ və​​ Adrien​​ Rabiot​​ fərqləniblər.​​ Turin klubu 7 ildən sonra çempionat matçında 4 top buraxıb.​​ Sonuncu dəfə 2013-cü ilin oktyabrında belə halla üzləşən “ağ-qaralar” həmin vaxt “Fiorentina”ya məğlub olub.​​ Maraqlıdır ki, həmin qarşılaşmada da 2:4 hesabı qeydə alınıb.

“Milan”ın “Yuventus”a 4 qol vurmasına isə sonuncu dəfə 31 il əvvəl təsadüf olunub. 1989-cu​ ilin martında milanlılar rəqibini 4:0 hesabı ilə darmadağın edib.
Qeyd edək ki, bu məğlubiyyətlə “Yuventus”un 7 matçlıq qələbə seriyası da qırılıb.​​ “Milan” klubu son beş oyundur ki, məğlub olmur.
Bu qələbədən sonra xal ehtiyatını 49-a çatdıran “Milan” turnir cədvəlində beşinci yerə yüksəlib.​​ “Yuventus” isə məğlub olmasına baxmayaraq, liderliyi davam etdirir (76 xal).
Turnir cədvəlində ikinci pillədə qərarlaşan “Latsio” səfərdə autsayder “Leççe”yə məğlub olub - 2:1. Bu, paytaxt təmsilçisinin ardıcıl ikinci məğlubiyyətidir. “Latsio” 30-cu turda məhz “Milan”a böyük hesabla məğlub olmuşdu - 3:0.