Qadın güləşçilərimiz dünya çempionatına hazırlaşırlar

Qadın güləşçilərimiz dünya çempionatına hazırlaşırlar


Avqustun 13-18-də Bolqarıstanın Sofiya şəhərində güləş üzrə gənclər arasında dünya çempionatı yarışları keçiriləcək. Bununla bağlı olaraq, sərbəst güləş üzrə yığma komandamız çempionata hazırlıqları davam etdirir. Belə ki, sərbəst güləş üzrə qadınlardan və gənc qızlardan ibarət yığma komandanın üzvləri dünya çempionatına hazırlığını Astara Olimpiya İdman Kompleksində Türkiyə qadın güləşi yığması ilə birgə keçir. 
Yığma komandamızın heyətinə Şəfəq Muradzadə (44 kq), Kəmalə Əliyeva (48 kq), Patimat Baqomedova, Anjela Doroqan (hər ikisi 51 kq), Almaz İsmayılova, Yarina Dubovska (hər ikisi 55 kq), Alyona Kolesnik, Yuliya Ratkeviç (hər ikisi 59 kq), Anna Belyayeva, İrina Netreba, Raqnetta Qurbanzadə, Elmira Həsənova (hamısı 63 kq), Gözəl Zutova və Səbirə Əliyeva (hər ikisi 72 kq) cəlb olunub. Hazırlıq prosesinə yığma komandamıza baş məşqçisi Yaqub Məmmədov, böyük məşqçilər Konstantin Konorev, Arif Fərmanov və məşqçilər Aslan Ağayevlə Həsrət Məmmədyarov rəhbərlik edirlər.
Türkiyə yığma komandasının heyətində isə məşqçilər Şemseddin Yıldız, Zeynep Yıldırım Diri və Habil Karanın başçılığı altında 12 idmançı ölkəmizə səfər edib. Təlim-məşq toplanışı avqustun 8-də yekunlaşacaq.