Millimizin baş məşqçisi kim olacaq?

Millimizin baş məşqçisi kim olacaq?

İyulun 10-da AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçiriləcək.​ Saat 15:00-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:

- Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərin müzakirəsi

- Digər məsələlər

Hazırda əsas namizədlər italiyalı Canni De Byazi, irlandiyalı Roy Kin və azərbaycanlı mütəxəssis Arif Əsədovdur.
Qeyd edək ki, Roy Kin 1993 - 2005-ci illərdə İngiltərə "Mançester Yunayted"ində çıxış edib. O, 1997-ci ildə Erik Kantonanın gedişindən sonra "qırmızı şeytanlar"ın kapitanı olub. Keçmiş yarımmüdafiəçi bu müddət ərzində 7 dəfə İngiltərə çempionu olub, 4 dəfə isə ölkə kubokunu qazanıb. 1998/1999 mövsümündə Çempionlar Liqasının qalibi olmuş keçmiş oyunçu 1991 - 2005-ci illərdə İrlandiya yığmasının formasını geyinib.​