Məşhur tennisçi Roje Federer bərpa olunandan sonra 2021-ci ildə Uimbldonda oynamağa ümid etdiyini bildirib.
“Etiraf edim ki, evdə bu qədər vaxt keçirmək xoş idi. 25 ildən artıq idi ki, belə bi hadisə ilə rastlaşmırdım. Amma Uimbldon üçün darıxıram və indi mərkəzi kortda oynamaq arzusundayam. Gələn il Uimbldonda oynamağı ümid edirəm. Bu mənim əsas məqsədlərimdən biridir. Məqsədimə çatmaq üçün isə hər gün bərpa işləri ilə məşğul oluram, öz üzərimdə işləyirəm və fiziki hazırlıq üzrə 20 həftəlik proqramla hazırlaşıram. Karantin və əməliyyatlar mənim davam etmək istəyib-istəmdiyimi anlamaq üçün bir dövr oldu. Bu barədə danışmaq asandır, amma qayıtmaq üçün səbirli olub uzun bir yol keçmək lazımdır. Bu vaxt hər şeyi götür-qoy etmək üçün mənə şans yaratdı”, - deyə 38 yaşlı R.Federer bildirib.