Bir baş zərbəsinin 14 illik tarixi

Bir baş zərbəsinin 14 illik tarixi

14 il əvvəl 2006-cı il dünya çempionatının finalı Fransa yığmasının yarımmüdafiəçisi Zinədin Zidan və İtaliya yığmasının müdafiəçisi Marko Materatsi arasında baş verən​ qalmaqallı hadisə ilə yadda qalıb. Belə ki, Materatsi həmin qarşılaşmada Z.Zidanın başı ilə italyalı​ oyunçuya zərbə endirməsinə səbəb olan ifadələr istifadə etmişdi. Görüş İtaliyanın qələbəsi ilə başa çatıb (1:1, penalti seriyası- 5:3). Bu, Z.Zidanın karyerasında sonuncu oyunu oldu. Fransa​ komandasının kapitanı olan futbolçu turnirin ən yaxşı oyunçusu elan olundu. Sonra isə o, idman karyerasını bitirdiyi barədə açıqlama verdi.

Qeyd edək ki, yarımmüdafiəçi 1994-cü ildən 2006-cı ilə qədər Fransa yığmasının tərkibində​ 108 oyun keçirib və 31 qol vurub. Zidan yığmayla birlikdə 1998-ci ildə dünya çempionu və 2000-ci ildə Avropa çempionu olub.