Şamaxıda stadion inşa olunur

Şamaxıda stadion inşa olunur

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) müvafiq infrastrukturun inkişaf etdirilməsi məqsədilə yeni layihənin icrasına start verib.

AFFA​ ilə Şamaxı​ Rayon​ İcra​ Hakimiyyətinin​ birgə​ layihəsi​ əsasında​ yeni​ stadionun​ inşasına​ başlanıb. Şamaxıda​ 2200​ azarkeş​ tutumuna​ malik​ və​ müvafiq​ standartlara​ cavab​ verən​ əsas​ stadiondan​ başqa,​ süni​ örtüklü​ iki​ meydançanın​ da​ inşası​ nəzərdə​ tutulur. Əsas​ meydançanın​ tribunalarının​ üstü​ qapalı​ olacaq.​ Süni​ örtüklü​ meydançalarda​ isə ümumilikdə 300​ azarkeş üçün​ oturacaqlar​ quraşdırılacaq. Əsas​ meydançanın​ ətrafında​ qaçış​ zolağı​ da​ quraşdırılacaq.
Stadionun​ inşasının​ maliyyələşdirilməsi​ UEFA-nın​ “Hat-trick”​ layihəsi​ və​ AFFA-nın​ büdcəsi​ hesabına​ həyata​ keçiriləcək.
İnşaat​ işlərinin​ gedişi​ və​ digər​ texniki​ məsələlər​ barədə​ vaxtaşırı​ məlumat​ veriləcək.