Yunan-Roma güləşçilərimiz Polşada yarışacaqlar

Yunan-Roma güləşçilərimiz Polşada yarışacaqlar


Sentyabrın 16-22-də Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə böyüklər arasında dünya çempionatı keçiriləcək. Yarışa hazırlıqlarını davam etdirən yunan-Roma güləşi yığma komandamızın üzvləri 3-4 avqust tarixində Polşanın paytaxtı Varşavada Vladislav Pitlasinskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirlərdə qüvvələrini sınayacaq.
Yunan-Roma güləşi üzrə yığma komandanın məşqçisi Əyyub Azmoudehin rəhbərliyi altında turnirə Taleh Məmmədov (60 kq), Şamil Ertuqanov (74 kq), Rafiq Hüseynov (84 kq) və Radomir Petkoviç (120 kq) yollanacaqlar. Yarışın proqramına əsasən, avqustun 3-də 55 kq, 66 kq, 84 kq və 120 kq, avqustun 4-də isə 60 kq, 74 kq və 96 kq çəkidə güləşçilər mübarizə aparacaqlar.
Məlumat üçün qeyd eldək ki, görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Əbdül Nuriyev ölkəmizi təmsil edəcək.