Futbolçu motosiklet qəzasında həlak oldu

Futbolçu motosiklet qəzasında həlak oldu

Sinqapur yığmasının sabiq futbolçusu Hafiz Rəhim faciəvi şəkildə həlak olub. İdmançının ölümünə motosiklet ilə hərəkət edərkən yol-nəqliyyat hadisəsi səbəb olub. Keçmiş futbolçunun ölüm xəbərini Sinqapur futbol Assosiasiyası təsdiqləyib. 36 yaşlı Hafiz Rəhim ailəlidir və üç uşağı var.

Qeyd edək ki, futbolçunun karyerasında sonuncu klub Sinqapurun “Tampins Rovers” klubu olub. Bundan başqa, o, yerli “Uorriors”, “Qombak Yunayted” və “Qeyland Yunayted” klublarında çıxış edib. H.Rəhim 2009-cu ildə “Geyland Yunayted” in şərəfini qoruyaraq ölkə kubokunu qazanıb. 2014-cü ildə isə “Uorriors” un heyətində çempionluq titulunu əldə edib. Həmçinin Hafiz Rəhim 2011-2014-cü illərdə Sinqapur millisinin şərəfini qoruyub və yer aldığı 9 oyunda bir qol vurub.