Braziliya çempionatının keçirilmə vaxtı məlum olub

Braziliya çempionatının keçirilmə vaxtı məlum olub

Braziliya Futbol Konfederasiyası (CBF) ölkə​ çempionatının keçiriləcəyi vaxtı təyin edib. Belə ki, turnir avqustun 9-dan fevralın 24-dək keçiriləcək. Konfederasiya koronavirus pandemiyası səbəbi ilə dəyişikliklərə məruz qalan bir neçə ölkə liqasının təqvimlərini nəşr edib. Məlumata görə, çempionatın formatı dəyişilməz olaraq​ qalacaq və hər komanda 38 oyunda çıxış edəcək. Turnir mayın əvvəlində başlamalı və dekabrda başa çatmalı idi.

Qeyd edək ki, Rio-de-Janeyro ştatının çempionatı azarkeşlərsiz olmaq şrti ilə iyunun 18-də bərpa olunub.