Azərbaycan və Ukraynanın qadın şahmatçıları arasında onlayn turnir keçiriləcək. Yarışda hər komandanın tərkibində 10 şahmatçı mübarizə aparacaq.
Ölkəmizi turnirdə Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Nərgiz Umudova, Nərmin Xələfova, Zeynəb Məmmədyarova, Xəyalə Abdulla və Gövhər Beydullayeva təmsil edəcək.
İyulun 21-də start götürəcək və 3 gün davam edəcək yarış 20 iyul - Beynəlxalq Şahmat Gününə həsr ediləcək.
Ümumilikdə, 20 turdan ibarət olacaq turnir Dövlət Neft Şirkəti - SOCAR, eləcə də Azərbaycan və Ukrayna Şahmat Federasiyalarının təşkilatçılığı ilə baş tutacaq.